Azərbaycanda koronavirus infeksiyasına 963 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 322,761 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 418 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 597 nəfərə çatıb.
Virusa yoluxmuş 296,875 min nəfər (sutka ərzində +2 091) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 21 min 289 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 328 (ötən gün 5 180 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 279,163 min test aparılıb.**
X.Nəsirzadə