Azərbaycan 2020-ci il noyabrın 10-dan sonra Qarabağda saxlanılan 3 hərbi qulluqçunu Ermənistana qaytarıb.
“Caliber.az saytının etibarlı mənbələrdən əldə etdiyi məlumata əsasən, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanizm və humanist siyasətə uyğun olaraq, 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli bəyanatdan sonra Qarabağda tərkisilah edilən 3 erməni hərbi qulluqçu sərbəst buraxılıb”, - sayt məlumat verir.
Xüsusilə, hərbi qulluqçular Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyan Ermənistana təhvil verilib.
“Yaxın saatlarda həmin şəxslər Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan hərbi təyyarə ilə İrəvana gətiriləcəklər”, - sayt vurğulayır.
Eyni zamanda, Caliber.az saytı qeyd edir ki, istintaq zamanı təsdiq olunub ki, həmin şəxslər Ermənistanın hərbi qulluqçularıdır. Lakin onların Azərbaycan hərbi qulluqçuların və ya mülki şəxslərin öldürülməsi və ya yaralanması ilə nəticələnən cinayətkar fəaliyyətdə iştirakı müəyyən olunmayıb. **
A.Əzizov