Azərbaycan prezidenti İlham Əliyev çərşənbə axşamı Azərbaycan Respublikasının Radiotezliklər üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.
Dövlət Komissiyasının sədri Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
Dövlət Komissiyasının üzvləri: müdafiə nazirinin müavini, daxili işlər nazirinin müavini, Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti rəisinin müavinidir.
Dövlət Komissiyasının qərarı ilə dövlət orqanlarının (qurumlarının) nümayəndələri Dövlət Komissiyasının işinə cəlb edilə bilərlər.
Komissiyanın yaradılmasında məqsəd radiokommunikasiya vasitələrindən və yüksəktezlikli qurğulardan istifadənin səmərəliliyini artırmaqdır. **
R.Əhmədov