Mayın 5-də Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana rəsmi səfər edəcək.
“Səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə danışıqlar planlaşdırılır”, - Gürcüstan hökuməti Administrasiyasının mətbuat xidməti məlumat verir.
Bundan başqa, Qaribaşvili azərbaycanlı həmkarı Əli Əsədov və parlamentin spikeri Sahibə Qafarova ilə danışıqlar aparacaq.
Xəbər verildiyi kimi, Qaribaşvilinin səfəri aprelin 12-nə planlaşdırılmışdı, lakin baş nazirin koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı. **
R.Əhmədov