Rusiyalı politoloq, “Siyasi Tədqiqatlar İnstitutu” MMC-nin baş direktoru Sergey Markov ermənilərin Ağdamda törətdikləri vandalizmlə bağlı təəssüratlarını bölüşüb.
“Ağdam. Müsəlmanların dini duyğularını təhqir etmək üçün İslamda haram sayılan donuzların uzun illər saxlanıldığı pəyəyə çevrilmiş məscidin yanına boş konyak şüşəsi atılıb”, - deyə o, öz Facebook səhifəsində yazıb.
Markov gördüklərini utancverici adlandırıb.
“Bunlar xristian deyillər. Biz bu vandallarla ümumi heç nəyimizin olmasını istəmirik”, - deyə politoloq vurğulayıb.*
A.Əzizov