Rusiyalı politoloq, “Siyasi Tədqiqatlar İnstitutu” MMC-nin baş direktoru Sergey Markov Facebook sosial şəbəkəsində ermənilərin Ağdamda törətdikləri dağıntılar barədə yazıb.
“Ağdamda Mədəniyyət Sarayının qalıqları, Qarabağ. Çiçəklənən bir şəhər yerlə-yeksan edilib və 25 ildən çox boş qalıb. Sakinlərin hamısı kütləvi qətl və etnik təmizləmə qorxusu ilə qaçıb. Və əsrin dörddə biri ərzində Ağdamda heç kəs məskunlaşmayıb”, - deyə Markov yazıb.
Politoloq vurğulayıb ki, erməni işğalçıları şəhəri boş saxlayıblar. “Vəhşilik insanı sarsıdır. İnsanlıqdan məyus olmağa başlayırsan. Ümid edirik ki, tezliklə sivilizasiya Ağdama qayıdacaq”, - deyə o yazıb.*
A.Əzizov