İyunun 25-də “Qala Sığorta” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Səhmdarlar yığıncaqda Cəmiyyətin 2020-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcəklər”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2015-ci il sentyabrın 30-da “AzReTəkrarsığorta” şirkəti “Chartis Azerbaijan” sığorta şirkətinin 100%-lik səhminin $6,5 milyona alınmasına dair sövdələşməni başa çatdırıb. Bununla əlaqədar “Chartis Azerbaijan” şirkətinin adı dəyişdirilərək “Qala Sığorta” adlandırılıb. Şirkətin nizamnamə kapitalı 8 milyon 50 manatdır.*
Ə.Məmmədov