Daxili İşlər Nazirliyi son 1 həftə ərzində narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması ilə bağlı keçirilən əməliyyatlar barədə məlumat yayıb.
Məlumata görə, Baş İdarə əməkdaşları tərəfindən son 1 həftə ərzində keçirilən əməliyyatlar nəticəsində ümumi çəkisi 128 kiloqramdan artıq narkotik vasitənin, o cümlədən 88 kiloqrama yaxın heroin və psixotrop maddələrin Bakıda və ölkənin digər bölgələrində realizə olunmasının qarşısı alınıb.
“Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Cinayət işləri üzrə zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə