Ankara işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi üçün mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsini Bakıya göndərib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək”, – deyə məlumatda bildirilir.
Müdafiə Nazirliyi qeyd edir ki, bu texnika və avadanlıqlar Türkiyədən alınıb.*
X.Nəsirzadə