Azərbaycanda koronavirus infeksiyasına 1 080 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 323,841 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 963 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4617 nəfərə çatıb.
Virusa yoluxmuş 298,949 min nəfər (sutka ərzində +2 074) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 min 275 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 701 (ötən gün 11 328 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 289,864 min test aparılıb.*
X.Nəsirzadə