Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı Suriyadakı vəziyyətin sabitləşməsi məsələsini müzakirə ediblər. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Həmçinin Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti kontekstində münaqişənin nizamlanması probleminə toxunulub”, - deyə məlumatda bildirilir.
Liderlər şəxsi təmasları davam etdirməyə və digər kanallar vasitəsilə müntəzəm ikitərəfli dialoqu inkişaf etdirməyə razılaşıblar.*