Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibini təsdiq edib.
Dövlət başçısının imzaladığı sərəncama əsasən, komissiyanın həmsədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
Komissiyanın üzvləri maliyyə nazirinin birinci müavini, xarici işlər, iqtisadiyyat, gənclər və idman, kənd təsərrüfatı, energetika nazirlərinin müavinləri, “Azərbaycan Hava Yolları” QSC-nin birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Avstriya Respublikasında fövqəladə və səlahiyyətli səfiridir.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov