Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibini təsdiq edib.
Dövlət başçısının sərəncamına əsasən, komissiyanın həmsədri nəqliyyat, rabitə və yüksək texnologiyalar naziridir.
Komissiyanın üzvləri xarici işlər, iqtisadiyyat, mədəniyyət, təhsil, gənclər və idman nazirlərinin müavinləri, Dövlət Turizm Agentliyinin sədri, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidentidir.
Sərəncamın mətni bu gün dövlət başçısının saytında dərc olunub.*
B.Rüstəmbəyov