Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan hesab edir ki, ölkənin Su-30SM təyyarələri alması Dağlıq Qarabağda müharibəyə təkan verib.
“Biz müharibəyə hazırlaşırdıq və onun başlamasına təkan verdik. Ən müasir Su-30SM təyyarələrini satın alaraq müharibəyə səbəb olduq. Qarşı tərəf müşahidə edir və görür ki, sən 80-ci illərin silahlarından 2020-ci ilin silahlarına keçid xəttinə doğru gedirsən”, - deyə Paşinyan deputatların suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan tərəfi başa düşürdü ki, bu, zərbə üçün doğru yerdir ki, “sən bu cizgini keçməyə macal tapmayasan, 80-ci illərin silahları səviyyəsində qalasan”. “Su-30SM Ermənistana gətiriləndə zərbə endirildi, lakin hələ tam silahlanma olmamışdı”, - deyə Paşinyan qeyd edib.*