Azərbaycan və Gürcüstanın baş nazirləri Əli Əsədov və İrakli Qaribaşvili bu gün Bakıda danışıqlar aparıblar.
Gürcüstan hökuməti Administrasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Əsədov iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanla siyasi, iqtisadi, ticarət, mədəniyyət və humanitar sahələrdə ikitərəfli münasibətlərə, eləcə də irimiqyaslı birgə layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət verir.
Əsədov ölkələr arasında rabitə, kənd təsərrüfatı, təhsil, elm, səhiyyə və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın mövcudluğuna diqqət çəkib.
“Biz ötən il TAP layihəsinin işə salınması ilə daha bir uğurlu addım atdıq”, - deyə baş nazir vurğulayıb.
“Birgə layihələrimiz bizə birlikdə daha çox layihə həyata keçirməyə imkan verir ki, bu da ikitərəfli münasibətlərimizi möhkəmləndirəcək”, - deyə Qaribaşvili bildirib.*
R.Əhmədov