Azərbaycanda koronavirus testi sayının COVİD-19-a yeni yoluxma hallarının nisbəti mühüm dərəcədə azalıb, ölkədə epidemioloji vəziyyət nəzarət altındadır. Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiriYaqut Qarayevabəyan edib.
“Bizi koronavirus testlərinin ümumi sayından müsbət halların payı daha çox maraqlandırır. Əgər 2020-ci ilin noyabr-dekabr aylarında yeni yoluxma hallarının faizi teslərin sayının 30%-ni təşkil edirdisə, 2021-ci ilin yanvar ayında vaksinasiyaya başlanandan sonra testlər arasında müsbət halların payı 19%ə çatıb”, - Qarayeva cümə axşamı brifinqdə bildirib.
O qeyd edib ki, bu günə COVİD-19 hallarının sayında azalma müşahidə olunur, nəticədə, bu əmsal 10%-dək azalıb.
“Bu, çox yaxşı nəticədir. Bu günə ölkədə epidemioloji vəziyyət nəzarət altındadır və müsbət dinamika müşahidə olunur”, - departamentin rəhbəri bildirib. **
X.Nəsirzadə