Mayın 10-dan etibarən Azərbaycanda 18 yaşına çatmış şəxslərin koronavirus (COVID-19) infeksiyası əleyhinə vaksinasiyasına start verilir. Bu barədə səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edənTeymur Musayev bəyan edib.
“Mayın 10-dan Azərbaycanda COVİD-19 əleyhinə vaksinasiyanın yeni mərhəli başlayır. Bu mərhələdə 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiya prosesinə qoşula bilərlər. Bu, hazırda ölkədə zəruri sayda vaksinin olması barədə xəbər verir”, - Musayev cümə axşamı brifinqdə bildirib.
O cümlədən, Musayev məlumat verib ki, indiyədək Azərbaycanda koronavirus əleyhinə 1,6 milyon doza vaksin vurulub, 600 nəfərə isə iki mərhələdə vaksin vurulub.
O əlavə edib ki, Ramazan bayramı ilə əlaqədar bir həftə ərzində hər hansı məhdudiyyətlərin tətbiqi planlaşdırılmır. Məhdudiyyətlər yalnız ictimai nəqliyyatın fəaliyyəti ilə əlaqədardır ki, bu barədə öncədən elan olunub.
Xəbər verildiyi kimi, Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. **
B.Rüstəmbəyov