Qarabağ “torpağında” vəziyyət normallaşıb, kiçik insidentlər rusiyalı sülhməramlıları tərəfindən operativ və effektiv sürətdə həll olunur. Bu barədə Rusiyanın xarici işlər naziri ergey Lavrov bəyan edib.
“Dağlıq Qarabağ nizamlanmasında müsbət tendensiyalar müşahidə edirik. Bu torpaqlarda vəziyyət mühüm dərəcədə normallaşıb. Rusiya sülhməramlı kontingent təhlükəsizliyin qatantı rolunda çıxış edir, təmas xətti və Laçın dəhlizi boyu yerləşdirilib. Kiçik insidentlər sülhməramlı hərbçilərimiz tərəfindən operativ və effektiv şıkildə həll olunur. Onlar həmçinin hərbi qulluqçuların mübadiləsinin sona çatmasına daima diqqət yetirirlər”, - Lavrov cümə axşamı İrəvanda Ermənistan XİN başçısı Ara Ayvazyan ilə görüş zamanı bildirib.
O cümlədən, rusiyalı nazir qeyd edib ki, baş nazirlərin müavinləri səviyyəsində üçtərəfli içşi qrupu “fəal, ritmik işləyir və biz bu fəaliyyətin bundan sonra da davam etməsinə və Cənubi Qafqazda dayanıqlı iqtisadi inkişafın təminatı məqsədilə Bakı ilə İrəvan arasında dialoqun təşkilinə imkan yaratmasında maraqlıyıq”.
Öz növbəsində, Ayvazyan qeyd edib ki, Lavrovun səfəri çərçivəsində nazirlər “Dağlıq Qarabağ nizamlanması ilə bağlı bir neçə məsələni artıq müzakirə ediblər”. **