2021-ci ilin birinci rübündə Azərbaycanda baş verən yanğınlar nəticəsində 13 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Bu, 2020-ci ilin birinci rübü ilə müqayisədə 3 nəfər və ya 19% azdır”, - FHN-dən məlumat verilir.
Çoxmənzilli yaşayış binalarında və fərdi evlərdə baş verən yanğın hadisələri zamanı 12 nəfər həlak olub. Bundan başqa, digər yanğınlar zamanı 1 nəfər həlak olub.
Bu dövrdə baş vermiş yanğın hadisələri zamanı 50 nəfər (artım 35%) xəsarət alıb.
Hesabat dövründə Azərbaycanda 518 min yanğın hadisəsi (azalma 17,3%) qeydə alınıb.**
X.Nəsirzadə