2021-ci ilin birinci rübündə Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 2,139 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 47% azdır.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 15 nəfər (bir il öncə - 16 nəfər) həlak olub, daha 75 nəfər (bir il öncə - 55 nəfər) xəsarət alıb.
Nazirliyin xilasediciləri tərəfindən 23 nəfər xilas edilib, 150 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 20 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 54% çoxdur. Partlayışlar zamanı 2 nəfər həlak olmayıb, 25 nəfər xəsarət alıb, 7 nəfər təxliyə olunub.**
X.Nəsirzadə