Azərbaycanda koronavirus infeksiyasına 844 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 324,685 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1 080 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 635 nəfərə çatıb.
Virusa yoluxmuş 301,006 min nəfər (sutka ərzində +2 057) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 19 min 44 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 717 (ötən gün 10 701 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 300,581 min test aparılıb.**
X.Nəsirzadə