İrəvan Dağlıq Qarabağa dair üçtərəfli razılıqların icrası üçün bütün səyləri həyata keçirməyə hazır olduğunu təsdiq edir. Bu barədə Ermənistanın baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan bəyan edib.
“Qeyd etmək mümkündür ki, son aylar əzrində bizim münasibətlərimiz daha da möhkəmlənib, bu münasibətlərin davamlılığı dəfələrlə sınaqdan çıxıb. Ağır zamanda Rusdiya bizə yardım əlini uzadıb, pandemiya və onun nəticələri ilə meydana gələn problemləri həll etməyə köməklik edib. RF-nin səyləri hesabına Qarabağda hərbi əməliyyatları dayandırmaq və regionumuzda vəziyyətin mühüm dərəcədə deeskalasiyasına nail olmaq mümkün olub”, - Paşinyan cümə axşamı RF XİN başçısı Sergey Lavrovla görüş zamanı bildirib.
O qeyd edib ki, bu gün Dağlıq Qarabağda Rusiya sülhməramlılarının mövcudluğu təhlükəsizliyin davamlı qarantıdır. “Regionda sülhün əldə olunmasında RF prezidenti Vladimir Putinin rolunu xüsusi qeyd etmək istərdim”, - Paşinyan vurğulayıb.
“Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəli bəyanatlarda əldə olunan razılıqların həyata keçməsi üçün bütün tədbirlər görəcək. Biz, həmçinin üçtərəfli formatda tərəflər arasında konstruktiv dialoqun təmin edilməsi məqsədilə maksimum dərəcədə səy götərməyə hazırıq”, - o əlavə edib.
Eyni zamanda, Paşinyan bəyan edib ki, “Azərbaycanın hərəkətləri heç də üçtərəfli dialoqda irəliləyişə imkan yaratmır”.
Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrlərinin mövqeyini məmnunluqla qeyd edib və Ermənistanın “ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdikləri prinsiplər əsasında son həllin əldə olunması məqsədilə sülh prosesinin bərpasının zəruriliyinə dair” mövqeyini təsdiq edib. **