2021-ci ilin yanvar-aprel aylarının yekunları üzrə Azərbaycan Türkiyə istehsalı olan silahların alışına görə ikinci mövqeyə qalxıb. Bu barədə Türkiyənin Anadolu agentliyi məlumat verir.
“Türkiyə Ticarət Nazirliyi və Türkiyə İxracatçılarMəclisinin məlumatına əsasən, yanvar-aprel aylarında Türkiyədən hərbi təyinatlı və aviasiya məhsulunun ixracıötən ilin analoji dövrü ilə müqayisədə 47,7% - $949,744 milyona qədər artıb. 2021-ci ilin yanvar-aprel aylarında əsas alıcı ABŞ olub - $386,113 milyon (artım 56%)», - agentlik qeyd edir.
Azərbaycan ikinci mövqedə qərarlaşıb. Yanvar-aprel aylarında Azərbaycan Türkiyədən $117,315 milyon dəyərində hərbi məhsul alıb, bu da bir il əvvəlin göstəricisindən 13,3 dəfə çoxdur.
Daha sonra BƏƏ - $90,299 milyon, Banqladeş - $57,827 milyon və Almaniya – $50,014 milyon gəlir. **
B.Rüstəmbəyov