Azərbaycan Respublikasının Mərkəzi Bankı bir sıra proqram platformalarına texniki dəstəyin göstərilməsi üçün “GT Solutions” MMC-ni cəlb edib. Şirkətlə ümumilikdə 601,375 min manat dəyərində 3 müqavilə bağlanıb.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, birinci müqavilə AMB-də istismarda olan elektron statistik məlumat bazası və analitik hesabatlıq sisteminin proqram platformasının dəstəklənməsini nəzərdə tutur. Müqavilənin dəyəri 484,98 min manatdır.
İkinci müqavilə AMB-də istismarda olan Mərkəzləşdirilmiş Kredit Reyestri Sisteminin proqram platformasının dəstəklənməsini əhatə edir. Müqavilənin dəyəri 84,96 min manatdır.
Üçüncü müqavilədə AMB-də istismarda olan Maliyyə savadlılığı portalının proqram platformasının dəstəklənməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 31,435 min manatdır.*
X.Nəsirzadə