“TuranBank” EMF Microfinance Fund-dan mikro, kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsini genişləndirmək məqsədilə $5 milyon həcmində kredit cəlb edib.
Bankın məlumatına görə, tərəflər arasında müvafiq kredit sazişi imzalanıb.
“Cəlb edilən vəsait kiçik və orta biznesin maliyyələşdirilməsinə yönəldilməklə sahibkarların maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirəcək”, - deyə məlumatda qeyd olunur.
EMF Microfinance Fund 2008-ci ildə təsis edilib.
“TuranBank” 1992-ci ilin iyun ayında fəaliyyətə başlayıb. Səhmdarları 29 hüquqi və fiziki şəxsdir.*
R.Əhmədov