1 yanvar 2021-ci il tarixinə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) aktivləri 1 milyard 780 milyon 881,674 min manat təşkil edir ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 26,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
2020-ci ilin sonuna İKZF-nin kredit portfeli 1 milyard 137 milyon 758,725 min manat (2020-ci il ərzində artım 14% - İF-Az), banklarda yerləşdirilən depozitlərin həcmi 42 milyon 542,264 min manat (artım 78,5%) təşkil edib, qalan məbləğ digər aktivlərin payına düşüb.
31 dekabr 2020-ci il tarixinə fondun öhdəlikləri 960 milyon 819,346 min manat (artım 27,4%), o cümlədən emissiya edilən qiymətli kağızlar 938 milyon 387,281 min manat (artım 28,5%) məbləğində qiymətləndirilir.
Hesabat dövrünün sonuna İKZF-nin məcmu kapitalı 820 milyon 62,328 min manata (artım 25,8%), nizamnamə kapitalı 637 milyon manata (artım 12,5%), bölüşdürülməmiş xalis mənfəəti 85 milyon 834,261 min manata bərabərdir.
Ötən il fondun əməliyyat gəliri 16 milyon 186,143 min manat (azalma 37,5%), vergi ödənilənədək mənfəəti 7 milyon 228,067 min manat (azalma 61,3%) təşkil edib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.*
Ə.Məmmədov