Mərkəzi Bank (AMB) və Visa arasında ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi sahəsində nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Strateji Əməkdaşlıq Müqaviləsi imzalanıb. Bu barədə AMB-nin məlumatında deyilir.
“Rəqəmsal ödənişlərin davamlı inkişafı məqsədilə imzalanmış yeni strateji anlaşma texnoloji innovasiyalardan istifadə etməklə maliyyə inklüzivliyinin genişləndirilməsini, kiçik və orta sahibkarlıq subyektləri üçün innovativ ödəniş alətlərinin tətbiqinin dəstəklənməsini, nağdsız ödənişlərə inamın artırılması məqsədilə müxtəlif hədəf qrupları üçün seminar və təlimlərin təşkilini ehtiva edir”, – deyə məlumatda bildirilir.*
Ə.Məmmədov