Azərbaycanda koronavirus infeksiyasına 722 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 325,407 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 844 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4650 nəfərə çatıb.
Virusa yoluxmuş 302,86 min nəfər (sutka ərzində +1 854) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 897 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10686 (ötən gün 10 717 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 311,267 min test aparılıb.*
X.Nəsirzadə