Dövlət Gömrük Komitəsi (DGK) 2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə 1 milyard 314 milyon 386,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ilin yanvar-aprel aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 347 milyon 885,6 min manat təşkil edib. Beləliklə, hesabat dövründə dövlət büdcəsinə köçürmələr 2,5% azalıb.
2021-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 888 milyon 803,4 min manat (azalma 7,8%), aksizlər üzrə 51 milyon 144,8 min manat (artım 16,7%), yol vergisi üzrə 13 milyon 881,7 min manat (artım 9,8%) təşkil edib.
Bundan başqa, bu dövrdə gömrük rüsumları üzrə köçürmələr 360 milyon 556,5 min manat (artım 10,1%) məbləğində olub.
2021-ci il üçün DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 3,9 milyard manat təşkil edir.*
Ə.Məmmədov