"İTM–Tor” MMC Dövlət Statistika Komitəsi üçün proqram təminatı hazırlayacaq.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, şirkətlə müvafiq müqavilə bağlanıb. Müqavilə çərçivəsində “İTM–Tor” MMC rəsmi statistika hesabatları və digər statistik məsələlər üzrə proqram təminatları hazırlayacaq.
Müqavilənin dəyəri 614,131 min manatdır.*
B.Rüstəmbəyov