Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) “GT Solutions” MMC ilə proqram platformalarının dəstəklənməsi ilə bağlı ümumilikdə 678,405 min manatlıq müqavilə bağlayıb.
www.etender.gov.az saytında dərc olunmuş məlumata görə, birinci müqavilədə Mərkəzi Bankda istismarda olan Menecment informasiya sisteminin proqram platformasının dəstəklənməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 308,475 min manatdır.
İkinci müqavilə Mərkəzi Bankda istismarda olan Elektron Xidmətlər Portalının proqram platformasının dəstəklənməsini nəzərdə tutur. Müqavilənin dəyəri 369,93 min manatdır.*
X.Nəsirzadə