Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını dərc edib.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat siyahıda təqdim olunub.
“Hazırda Vətən müharibəsində itkin düşmüş hesab olunan 19 hərbi qulluqçunun tapılması üzrə işlər davam etdirilir”, – deyə məlumatda bildirilir.*
R.Əhmədov