Azərbaycanda koronavirus infeksiyasına 649 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 326,056 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 722 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4666 nəfərə çatıb.
Virusa yoluxmuş 304,58 min nəfər (sutka ərzində +1 720) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 16 min 810 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 244 (ötən gün 10 686 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 321,511 min test aparılıb.*
B.Rüstəmbəyov