Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri səmərəli olub. Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bəyan edib.
“İkitərəfli münasibətlərin bütün kompleksi, regionda, Dağlıq Qarabağ ətrafındakı vəziyyət müzakirə olunub. Yaxşı, səmərəli, konstruktiv, münasibətlərimizin səviyyəsinə və siyasi dialoqa uyğun səfər olub”, - Kopırkin qeyd edib.
O, həmçinin qeyd edib ki, erməni “hərbi əsirlərin” Azərbaycandan qaytarılması məsələsi Rusiyanın gündəliyində qalmaqdadır. **