Azərbaycanda koronavirus infeksiyasına 660 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 326,716 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 649 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4 680 nəfərə çatıb.
Virusa yoluxmuş 306,119 min nəfər (sutka ərzində +1 539) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 15 min 917 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 474 (ötən gün 10 244 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 330,985 min test aparılıb.**
N.Abbasova