Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva keçmiş prezident Heydər Əliyevin məzarını ziyarət ediblər. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü günüdür.
Dövlət başçısı Heydər Əliyevin məzarı önünə gül qoydu və onun xatirəsini ehtiramla andı.
H.Əliyev 1993-2003-cü illərdə Azərbaycanın prezidenti olub.
H.Əliyev 10 may 1923-cü ildə Haxçıvan şəhərində anadan olub. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul ayında keçirilən plenumunda H.Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilib. 1982-ci ilin sonunda H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1993-cü ilin oktyabr ayında H.Əliyev prezident, 1998-ci ildə təkrar dövlət başçısı postuna seçilib. **
X.Nəsirzadə