Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialının açılışında iştirak edib.
Həmçinin, dövlət başçısının saytındakı məlumata əsasən, prezident Naxçıvan şəhərində “ASAN xidmət” Mərkəzinin binasının tikintisi ilə tanış olub.
Bundan başqa, prezident Naxçıvan Qarnizonu Mərkəzi Hospitalının açılışında iştirak edib.
Eyni zamanda, Əliyev Süni Mayalanma Mərkəzinin açılışında iştirak edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov prezidentə görülən işlər barədə məlumat verdi. **.
X.Nəsirzadə