Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefon danışığı zamanı biri-birini Böyük Vətən Müharibəsində Qələbənin 76 illiyi münasibətilə təbrik ediblər. Bu barədə bazar ertəsi Kremlin mətbuat xidmətindən məlumat verilir.
Söhbət zamanı prezidentlər qeyd ediblər ki, “hər iki ölkədə xilaskar-hərbçilərin igidliyinin xatirəsi hörmətlə yad olunur və misilsiz qəhrəmanlıq və fədakarlıq nümayiş etdirən veteranlara minnətdardılar”.
“Hər iki tərəfin Rusiya-Azərbaycan hərtərəfli əlaqələrinin inkişaf etdirilməsiəzmində olduğu təsdiqlənib.Müxtəlif səviyyələrdə gələcək təmaslara dair razılıq əldə olunub”, - məlumatda deyilir. **