Azərbaycan prezidenti İlham Əliyev bəyan edib ki, Qarabağın status məsələsi aktual deyil.
«Bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin. O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin”, - Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, “Amma Azərbaycanda yox”.
“Ona görə məsləhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar”, - Azərbaycan prezidenti əlavə edib. **
A.Əzizov