RF XİN başçısı Sergey Lavrov bazar ertəsi Azərbaycanın paytaxtı Bakıya gəlib.
Nazir axşam saatlarında Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Mayın 11-də Lavrov ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında danışıqlar planlaşdırılır.
RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib ki, səfər zamanı Rusiya və Azərbaycanın ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş dairəsini, o cümlədən beynəlxalq arenada qarşılıqlı əlaqələri nəzərdən keçirmək ehtimal olunur. Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli Dağlıq Qarabağa dair bəyanatlarının icrasının praktiki aspektlərinə xüsusi diqqət ayrılacaq. **