Azərbaycan ötən ilin payızında Qarabağda hərbi əməliyyatlar zamanı həlak olan 1600-ə yaxın erməni hərbçinin meyitini Ermənistana təhvil verib. Bu barədə prezident İlham Əliyev RF XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.
“Hərbi əməliyyatlar sona çatandan sonra müharibənin yekunları üzrə bizdə olan bütün hərbi əsirlər təhvil verilib. Ötən 6 ay ərzində sülhməramlılar və qarşı tərəfin nümayəndələri ilə birlikdə işğaldan azad olunmuş ərazilərdə həlak olan 1600-ə yaxın erməni hərbçinin meyiti aşkar olunaraq Ermənistan tərəfinə təhvil verilib”, - Əliyev bildirib.
Eyni zamanda, o vurğulayıb ki, Birinci Qarabağ müharibəsindən sonra (1990-cı illərin əvvəlində) Ermənistan tərəfi itkin düşmüş bir nəfər belə azərbaycanlı hərbçinin meyiti Azərbaycana təhvil verilməyib. Prezidentin sözlərinə görə, həmin şəxslərin sayı 4 minə yaxın təşkil edib. **