Rusiya və Azərbaycanın dövlət strukturları respublika ərazisində “Sputnik V” vaksininin buraxılması məsələsi ilə bağlı konkret dialoq aparırlar. Bu barədə Rusiyanın xarici işlər naziri Srgey Lavrov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
“Aidiyyəti qurumlarımız Azərbaycanda (...) bu vaksinin istehsalını təşkil etmək məqsədilə konkret söhbət aparırlar”, Lavrov bildirib.
“Koronavirus infeksiyası əleyhinə mübarizədə daha effektiv qarşılıqlı əlaqənin təminatı ilə əlaqədar həqiqi istəyimizi vurğulamaq istərdim. Bu günlərdə Azərbaycana “Sputnik V” vaksininin ilk partiyası gətirilib. Cari ay daha iri partiyanın gətirilməsi gözlənilir”, - nazir qeyd edib. **