Cənubi Qafqazda nəqliyyat habının birgə hazırlanması məsələləri Bakı ilə İrəvan arasında münasibətlərin yaxşılaşması üçün təməl ola bilər. Bu barədə Rusiya XİN başçısı Sergey Lavrov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib.
“Biz həqiqətən Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında maraqlıyıq. Hesab edirik ki, biz zamanlar uzanan münaqişədən çıxışın iqtisadi aspektlərinə diqqətin yönəldilməsi üzrə birgə fəaliyyət bunun üçün optimal çərçivələr yaradır”, - Lavrov bildirib.
“İnsanlar hiss etməlidirlər ki, bu proses baş verir, “həmin torpaqlarda” real yaxşılaşma. Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinləri üç ölkənin liderləri tərəfindən yaradılan işçi qrupu çərçivəsində müntəzəm olaraq görüşürlər, Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının bərpasına dair liderlərin razılıqları ilə əlaqədar praktiki aspektləri nəzərdən keçirirlər. Bu, potensial çox ciddi nəqliyyat habıdır, hansı ki, regional çərçivədən də artıq əhəmiyyət kəsb edəcək”, - nazir əlavə edib. **