Rsuiyanın nümayəndə heyəti Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya ilə əlaqədar məsələləri Bakıda müzakirə etməyi planlaşdırır. Bu barədə RF XİN başçısı Sergey Lavrov bazar ertəsi Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
“Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanı imzalamağa imkan verəcək qərarlar əsasında Xəzər problemləri, daha geniş regional tematika üzrə fikir mübadiləsi aparacağıq”, - o bildirib.
Lavrov ümidvar olduğunu bildirib ki, Bakıya səfəri zamanı Rusiyanın nümayəndə heyəti ikitərəfli münasibətlərdə meydana gələn bütün məsələləri müzakirə edəcək ki, iki ölkənin prezidentlərinin razılıqlarını “maksimal dərəcədə vicdanla, dürüst” yerinə yetirilsin. **