Rusiya XİN başçısı Sergey Lavrov bazar ertəsi Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bəyan edib ki, Rusiya tərəfi may ayında Azərbaycanın baş naziri Əli Əsədovun RF-yə səfərini gözləyir.
“Biz bu ay Azərbaycan hökumətinin sədrinin RF-yə səfərini gözləyirik”, - Lavrov bildirib.
Nazirin sözlərinə görə, Moskva və Bakı pandemiya səbəbindən cüzi azalan ticarət dövriyyəsinin artımının bərpası üzrə mühüm addımlar atır.
“Bu, praktiki olaraq, 3 milyard dollardır. Çox böyük nəticədir”, - Lavrov qeyd edib. **