Rusiyanın “Sputnik V” vaksini dünyada daha çox populyarlıq qazanır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Azərbaycana “Sputnik V” vaksininin tədarük edilməsi məsələsinin Vladimir Vladimiroviç ilə danışdığımız kimi operativ həllinə görə təşəkkürümü bildirmək istərdim, bütün müddətlərə əməl edilib, sözünüzün üstündə durmusunuz”, - Əliyev bazar ertəsi Bakıda RF XİN başçısı Sergey Lavrovu qəbul edərkən bildirib.
Dövlət başçısının saytı prezidentin sözlərindən sitat gətirir. Prezident əlavə edib: “Bu gün dünyada populyarlığı get-gedə artan belə gözəl vaksinə görə sizi bir daha təbrik etmək istərdim. Onun bizim üçün əlçatan olması, əlbəttə, buna şərait yaradacaq ki, biz bu bəlanın öhdəsindən tezliklə gələcəyik”.
Həmçinin, Əliyev Qoşulmama Hərəkatında Rusiyanın müşahidəçi statusu mövzusuna toxunub. “Mənim fikrimcə, tamamilə təbii olardı ki, Rusiya bu statusu bizim sədrliyimiz dövründə alsın. Biz də öz tərəfimizdən nə mümkündürsə edəcəyik ki, məhz belə olsun”, - Azərbaycan prezidenti vurğulayıb.
Mayın 2-də COVİD-19 koronavirus əleyhinə Rusiyanın 40 min doza “Sputnik V” vaksini Azərbaycana gətirilib. Ümumilikdə 300 min doza “Sputnik V” vaksini Azərbaycana gətiriləcək. **
A.Əzizov