Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyi arasında 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalanıb. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
Bu gün Azərbaycan və Rusiya XİN başçıları 2021-2022-ci illər üçün Məsləhətləşmələr Planı imzalayıblar”, - deyə o, bu gün Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşün yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.
C.Bayramov qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır və geniş hüquqi bazaya əsaslanır.
“Ölkələrimiz arasında 230-a yaxın müxtəlif saziş imzalanıb. Bundan başqa, bir çox sənədlər müzakirə mərhələsindədir. Bu gün biz məsələlərin geniş spektri ətrafında fikir mübadiləsi apardıq. Xüsusilə, hökumətlərarası komissiyanın işinin əhəmiyyəti qeyd edildi. Hesab edirik ki, son iclasda qəbul edilmiş qərarların icrası koronavirusla əlaqədar əmtəə dövriyyəsindəki azalmanın yerini doldurmağa imkan verəcək”, - deyə Bayramov bildirib.
Azərbaycanın xarici işlər naziri pandemiyaya qarşı mübarizədə Rusiya ilə əməkdaşlığı qeyd edərək, mütəxəssislərin göndərilməsi və “Sputnik V” vaksininin tədarükü ilə əlaqədar RF-yə təşəkkürünü bildirib.*
Ə.Məmmədov