Azərbaycanda koronavirus infeksiyasına 514 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 327,601 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 371 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib, ölənlərin ümumi sayı 4713 nəfərə çatıb.
Virusa yoluxmuş 308,317 min nəfər (sutka ərzində +1306) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 14 min 571 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 081 (ötən gün 6 946 test), hazırkı dövrədək isə ümumilikdə 3 milyon 346,012 min test aparılıb.*
Ə.Məmmədov