Rusiyanın xarici işlər naziri Sergey Lavrov ümid edir ki, Ermənistan tezliklə Qarabağda minalanmış ərazilərin xəritələrini Azərbaycana verəcək.
“Biz bu məsələni bir neçə gün əvvəl İrəvanda müzakirə etmişik. Mənə elə gəldi ki, Ermənistan rəhbərliyi bu problemi həll etməyin zəruriliyini anlayır. Bu istiqamətdə ilkin addımlar atılıb və mən bu barədə Azərbaycan rəhbərliyini məlumatlandırmışam. Ümid edirik ki, bu proses əhəmiyyətli dərəcədə tezləşdiriləcək və problemi tam şəkildə həll etməyə imkan verəcək”, - deyə Lavrov bu gün azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşün yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.*