Türkmənistan və Azərbaycanıın Xəzər dənizində “Dostluq” yatağından istifadəsi təbii qazı qərb istiqamətində ixrac etməyə imkan verəcək. Bunu “Turkmenqaz” dövlət konserninin sədri Quvanç Ağacanov deyib.
“Bu, cari ilin əvvəlində Türkmənistan və Azərbaycan hökumətləri arasında Anlaşma Memorandumunun imzalanması hesabına mümkün olub”, - Ağacanov çərşənbə günü Aşqabadda Türkmənistanın neft-qaz sektoruna xarici sərmayələrin cəlb edilməsi üzrə beynəlxalq forumda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu sənəd “Dostluq” yatağının kəşfiyyatı, işlənməsi və istifadə ilə bağlı əsas məqamları tənzimləyib.
Xəbər verildiyi kimi, Türkmənistandan Avropa ölkələrinə qaz ixarcı Azərbaycanı Gürcüstan və Türkiyə vasitəsilə Aİ ölkələri ilə birləşdirən Cənub Qaz Dəhlizinə qoşulacaq Trans-Xəzər qaz kəməri layihəsinin reallaşdırılması zamanı mümkün olacaq. **